Pezeşkian: "Dialoqa hazırıq, lakin təzyiqlərə boyun əyməyəcəyik" Gündəm

Pezeşkian: "Dialoqa hazırıq, lakin təzyiqlərə boyun əyməyəcəyik"

İran müstəsna olaraq dialoqun və digər ölkələrlə konstruktiv münasibətlərin qurulmasının tərəfdarıdır, lakin onların öz iradəsini diktə etmək cəhdlərinə dözməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bildirib.

"İran müharibə və qeyri-sabitliyə can atmır, hər zaman müstəsna olaraq müxtəlif ölkələrlə dialoq və konstruktiv qarşılıqlı fəaliyyətin tərəfdarı kimi çıxış edir. Lakin öz iradəsini İslam Respublikasına sırımaq və ya onu təslim olmağa məcbur etmək yönündə hər bir cəhd uğursuzluğa məhkumdur. İran xalqı belə bir yanaşma ilə heç vaxt razılaşmayacaq", — deyə Pezeşkiyanın Telegram kanalında qeyd olunub.

Məryəm Quliyeva