Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 45%-ə yaxın artıb İqtisadiyyat

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 45%-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 525,9 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 44,6% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 339,6 mln. manat həcmində vəsait yönəldilib. 2024-cü ilin göstəricisi ilə müqayisədə hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,3% azalıb.