İranın təhlükəsiz mövcudluğu Rusiyadan asılıdır - Politoloq Siyasət

İranın təhlükəsiz mövcudluğu Rusiyadan asılıdır - Politoloq

Zəngəzur dəhlizi İran və Rusiya münasibətlərində pərdəarxası gərginlik yaratsa da, münasibətlərin korlanması mümkün deyil.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, əvvəla, İranın Azərbaycana qarşı düşmənçiliyi milli təhlükəsizlik, dövlətçilik prinsiplərinə əsaslanan genetik və şüuraltı düşüncə formalaşdıran siyasi və idealoji xəttdir. Əlbəttə ki, farsların azərbaycanlılara qarşı münasibəti yeni dövr tarixinə aid deyil. Bəllidir ki, fars tarixi azərbaycanlarsız və türk dövlətçiliyindən kənar boş səhifədir. İndi İranın öyündüyü tarix, çox halda mənimsədiyi və şərik çıxdığı Azərbaycan türk tarixidir:

"Zəngəzur dəhlizinə gəldikdə isə, İranın müqaviməti sona qədər davam etsə də, nəticəyə təsir edən deyil. Əvvəla İranın nə iqtisadi, nə siyasi-diployik, nə də hərbi imkanları yoxdur ki, prosesə mane ola bilsin.

İran, Rusiya Ukrayna müharibəsində Rusiyaya hərbi yardım göstərməsindən Zəngəzur dəhlizinə qarşı təzyiq, təsir kimi istifadə edə bilməz. Çünki, ümumən İranın təhlükəsiz mövcudluğu Rusiyadan asılıdır. İran Rusiyaya hərbi yardım etməklə ən əsası özünün təhlükəsizliyinə çalışır.

Zəngəzur dəhlizi Rusiya üçün həyati vacib məsələ olduğu üçün, İran Rusiyanın istəyi ilə razılaşmağa məcburdur. Digər vacib şərtlərdən də odur ki, İran yaxın Şərqə münasibətdə və Qərbin hegemonluğuna qarşı Rusiya ilə eyni mövqe və cəbhədədir".

Cavid