
"Rəsmi Vaşinqton bir müddət Dağlıq Qarabağ münaqişəsinə az diqqət yetirəcək".
Bunu Amerikalı analitik və Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl "First News.am" saytına açıqlamasında deyib.
"ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə Birləşmiş Ştatlar və Rusiya münasibətləri Cənubi Qafqaz regionuna, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcək?" sualına analitik cavabıbda deyib: "Qorxuram ki, Cənubi Qafqaz ölkələri üçün yaxşı xəbərlər olmayacaq. Hesab edirəm ki, Vaşinqton bu cür problemlərə, o cümlədən Dağlıq Qarabağda yeni zorakılıq hallarının baş verəcəyinə qədər az diqqət verəcək. Sonra ABŞ zorakılıq hallarının aradan qaldırılması üçün müdaxilə etməyə məcbur olacaq və düşünəck ki, münaqişənin həllini tapa bilərmi?" - deyə Qobl bildirib.
ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqlandın təyinatı haqqında danışan Qobl bildirib şəxslərin dəyişməsi dipliomatik səviyyədə o qədər də böyük əhəmiyyət daşımır, əsas dəyişiklik Ağ Evə məxsusdur.