Qarabağda müharibə olacaq? Siyasət

Qarabağda müharibə olacaq?

ABŞ-ın qurucusu Benjamin Franklinin dediyi kimi pis sülh yaxşı müharibədən üstündür. Dağlıq Qarabağla bağlı mübahisələrdə əsas məsələlərin həllinə nail olunmaması Qafqazda yeni münaqişənin alovlanmasına səbəb ola bilər ki, bu da minlərlə itki və iqtisadi dağıntı deməkdir.
Bunu britaniyalı jurnalist Tomas de Val yazıb. "Bu il müharibə olacaqmı?" sualına cavab axtaran müəllif qeyd edib ki, 2016-cı il pis il oldu, 2017 daha da pis ola bilər. O qeyd edib ki, bu il aprelin 2-də Ermənistan prezidenti Serj Sarkisyan çətin parlament seçkisi ilə üzləşəcək: "Səsvermə başa çatanda yeni konstitusiyaya əsasən icraedici güc prezidentdən parlamentə ötürüləcək. 2018-ci ildə prezidentlik müddəti başa çatacaq Sarkisyan öz gücünü saxlamaq yolu tapmalı olacaq. Müxalifət isə seçkidən bütün yollarla ona qarşı istifadə edəcək".
Müəllif vurğulayıb ki, qeyri-stabilliyin yekun faktoru beynəlxalq aləmdəki burulğandır: "Donald Trampın ABŞ prezidenti seçilməsi və Avropa İttifaqının davam edən, Cənubi Qafqazda hiss edilən gərginliyi tərəfləri daha da məsuliyyətsiz davranmağa məcbur edə bilər".