"Rusiya bu müharibədə uduzduğunu dərk edib"
20 Avqust 20:04
20 Avqust 20:04
20 Avqust 14:57
3 İyul 14:42
1 862
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.
Onlardan ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 195 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
20 Avqust 23:00
707
20 Avqust 20:46
994
20 Avqust 20:13
749