Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub Cəmiyyət

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Murad oğlu Əliyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid hərbçi ilə Füzuli rayonunun İkinci Mahmudlu kəndində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunubBirinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub