29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
3 İyul 15:34
4 102
Dünən, iyulun 2-də azərbaycanlı siyasi fəallar Siyamək Mirzayi və Əli Vasiqi ailələri ilə telefon əlaqəsi saxlayaraq Ərdəbil Kəşfiyyat İdarəsinin saxlanma təcridxanasından Ərdəbil həbsxanasının 9-cu bölməsinə (hərbi bölmə kimi tanınır) köçürüldüklərini bildiriblər.
Gunaz.tv
Onlar qeyd ediblər ki, saxlanıldıqları vaxtdan aclıq eyləminə başlayıblar və ümumi həbsxana bölməsinə köçürüldükdən sonra aksiyanı dayandırıblar.
İki gün əvvəl Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinin müstəntiqi Həsən Kərimi saxlanılanların ailələrinin yaxınlarının taleyi ilə bağlı müraciəti zamanı əsəbi şəkildə onların aclıq aksiyası keçirdiklərini və dindirilməkdən imtina etdiklərini bildirib.
Bu arada, Əsgər Əkbərzadənin həbsxanaya köçürülməməsi və qaraciyər çatışmazlığından əziyyət çəkməsinə baxmayaraq dərmanlarına çıxışının məhdudlaşdırılması, eləcə də digər fəalların aclıq aksiyası keçirməsi onun səhhəti ilə bağlı narahatlıqları daha da artırıb.
Bununla yanaşı, Ərdəbilin təhlükəsizlik qüvvələri şəhərdə yaşayan çoxsaylı fəalların evlərinə basqın edərək onların mobil telefonlarını, elektron və rabitə vasitələrini müsadirə edib. Bir sıra fəallar dindirilmək üçün Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılsalar da, onlar təhlükəsizlik səbəblərini və ailələrinə göstərilən təzyiqləri nəzərə alaraq idarəyə getməkdən imtina edib və bu barədə indiyədək ictimaiyyətə məlumat verməyiblər.
28 Avqust 10:48
1 498
25 Avqust 11:15
2 660
25 Avqust 11:13
2 527