Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib İqtisadiyyat

Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib

İyun ayında Bakı metrosundan 18 592 051 sərnişin istifadə edib.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.

İyun ayında ən çox sərnişinə xidmət göstərən stansiya “Koroğlu” olub. Belə ki, həmin stansiya ilə ötən ay 1 711 203 sərnişin daşınıb. İyunun 1-i 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9%-ni təşkil edib.

Bundan əlavə, “Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75% çox sərnişin istifadə etdiyini göstərir.