16:24
1 239
İsrail hərbçiləri Livanın cənubuna yeni zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Ordudan verilən bəyanatda şiə təşkilatı "Hizbullah"ın ən azı 10 infrastruktur obyektinə hücum edildiyi bildirilib.
İsrail tərəfinin versiyasına görə, bu addım ""Hizbullah" tərəfindən atəşkəs razılaşmasının davam edən pozuntularına və Cənubi Livandakı təhlükəsizlik zonasında İsrail Müdafiə Ordusunun hərbi qulluqçularına qarşı hücumlarına cavab olaraq" atılıb.
"İsrail Müdafiə Ordusu öz hərbçilərinə və İsrailin mülki vətəndaşlarına qarşı hər hansı təhdidlərin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək", — deyə bəyanatda vurğulanıb.
Məryəm Quliyeva