“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb İdman

“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul klubu Natan Akenin transferini açıqlayıb.

Bu barədə “sarı-lacivərdlər”in rəsmi instaqram hesabında paylaşım edilib. Niderlandlı müdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Natan Ake son olaraq İngiltərənin “Mançester Siti” klubunda çıxış edib. 31 yaşlı futbolçu karyerası ərzində “Çelsi”, “Uotford” və “Bornmut”un da formasını geyinib.