BƏƏ-nin BMT-dəki keçmiş Daimi Nümayəndəsi Lana Nuseybeh BMT Baş katibi vəzifəsinə namizəddir
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Əhmədlidə "Ab-hava" restoranında qətl törətməkdə ittiham olunan iki nəfər həbs olunub - YENİLƏNİB
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqlənib
22 Noyabr 2024 14:22
3 997
“Ermənistan cəmiyyəti türk soyuna qarşı düşmənçilik mövqeyini nümayiş etdirən bir etnosdur”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, nəsildən nəsilə ötürülən bu fikirlər onların düşüncələrinin məhsuludur: “Onlar Azərbaycan türkünə qarşı heç bir zaman barışmayıb və bu düşmənçiliyi içlərində hiyləgərcəsinə yaşadırlar. Biz, Ermənistanı Qarabağdan qovduq. Torpaqlarımızın bütövlüyünü təmin etdik. Seperatizm yuvasını alt-üst etdik. Lakin ermənilərlə son döyüşümüz qabaqdadır. Bu gün Ermənistan yaranmış situasiyadan istifadə edib, Rusiyadan döyüş xarakterli silahlar, uzaqnmənzilli raketlər alır. Bunların heç birinin müdafiə xarakterli silahlar olmadığını nəzərə alsaq görərik ki, Ermənistan Azərbaycana qarşı müharibəyə hazırlaşır. Biz də Azərbaycan xalqı olaraq buna hazır olmalıyıq. Mən tamamilə əminəm ki, belə bir döyüş olsa, Azərbaycanın qələbəsi ilə başa çatacaq. Çünki Azərbaycanın resursları, potensialı imkanları Ermənistandan qat-qat yüksəkdir”.
Günel Elxan
18:59
42
18:17
798
17:36
532