Dövlət Departamentin şablon hesabatı nəyə hesablanıb? Siyasət

Dövlət Departamentin şablon hesabatı nəyə hesablanıb?

Çingiz Qənizadə: "Yaxşı olardı ki, bir dəfə də ABŞ-da insan hüquqlarının durumu ilə bağlı hesabat hazırlasın"

Beynəlxalq təşkilatların, eləcə də Cənubi Qafqazda marağı olan dünyanın aparıcı dövlətlərinin Azərbaycana qarşı ikili standartları davam etməkdədir. İnsan hüquqlarından vasitə kimi istifadə edən dövlətlər qərəzlı hesabatları ilə ölkəmizə qarşı təzyiqlərini artırmaq niyyəti güdürlər. Lakin, hər il eyni mənbəyə əsaslanan, eyni məslələri qabardan bu tipli hesabatlar ürək bulandırmaqdan başqa bir şey deyil. Bu dəfə yenə də ABŞ Dövlət Departamentinin (DD) dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatda Azərbaycanda insan hüquqlarının pozulması və işgəncə faktlarının artması ilə bağlı məlmatlar yer alıb. Etiraf edilməlidir ki, ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizə illərlə sərgilənən eyni münasibət ciddi ictimai qınağa səbəb olub. Millət vəkili Çingiz Qənizadə bildirib ki, ABŞ Dövlət Departamentinin (DD) dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı hesabatda Azərbaycanda insan hüquqlarının pozulması və işgəncə faktlarının artması ilə bağlı məlmatlar həqiqətdən uzaq fikirlərdir: "Yaxşı olardı ki, Dövlət Departamenti bir dəfə də ABŞ-da insan hüquqlarının durumu ilə bağlı hesabat hazırlasın ki, ABŞ-da insan haqları sahəsində nə baş verir. Bu ölkədə zorakılıq, günhasız insanların polis tərəfindən qətlə yetirilməsi, uşağların günahsız olaraq qətli və ya satılması, Quantanamo kimi həbsxanada insanların məhkəmə hökmü olmadan işgəncələrə məruz qalması və sair bu kimi hallar mövcuddur. Niyə, bu barədə hesabat hazırlayıb dünya ictimaiyyətinin diqqətinə çatdırmırlar? Özlərində bu qədər insan hüquqlarının pozulduğu halda, başqa dövlətdlərdəki insan hüquqlarının vəziyyəti və insan hüquqlarının pozulması barədə hesabat yaymaq düz deyil və ədalətlilikdən uzaqdır". Millət vəkili qeyd edib ki, hazırda yayılan hesabat əvvəlkilərdən heç nəyi ilə fərqlənmir, sanki bir şablon hesabatdır: "Hesabatda Azərbaycanla bağlı səslənən iradlar absurddur. Çünki mən üçün Cəzaçəkmə müəssisələrində ictimai nəzaəti həayata keçirən İctimai komitənin koordinatoruyam və mütəmadi olaraq cəzaçəkmə müəssisələrində, eyni zamanda, müvəqqəti saxlama yerlərində monitoqinq həyata keçiririk. Biz hansısa işgəncə faktı ilə rastlaşmamaışıq. Əgər haradasa tək belə bir hal olursa, bu qaydanı pozan insan da müvafiq qurumlar tərəfindən ciddi cəzalandırılır və işdən xaric edirilir. Elə biz ildə Daxili İşlər Naziriliyi və Baş Prokurorluğun illik hesabatlarına baxdıqda, bunun şahidi oluruq. Bu hesabatlarda biz ildə hüquq-mühafizə orqanlarının neçə əməkdaşının qanun pozuntusuna yol verdiyinə görə, işdən xaric edildiyinin şahidi oluruq. Azərbaycanda belə qayda pozuntusun yol verənlərə cəzalandırılır və onların fəaliyyətinə hüquqi qiymət verilir. Odur ki, ABŞ DD-nin bu açıqlamaları həqiqətdən uzaqdır". Millət vəkili onu da bildirib ki, dünyada humanistliyi ilə ad çıxaran Azərbaycan Prezidenti təşəbbüs göstərərək ildə bir neçə dəfə əfv sərəncamı imzalayır və bu sərəncamlarla yüzlərlə məhkum azadlığa çıxır: "Yaxşı olar ki, ABŞ Dövlət Departamenti bir araşdırsın, görsün dünyanın hansı ölkəsində belə bir pratktika mövcuddur. Ölkə başçısı öz konstitusion hüququndan istifadə edərək, ildə bir neçə dəfə belə təşəbbüslə çıxış edir. Minlərlə ailəyə sevinc bəxş edir. Hələ demirəm ki, daha genişəhatəli amnistiya aktları qəbul olunur və bunun nəticəsində minlərlə insan cəzadan azad edilir. Belə amnistiya aktları da Azərbaycanın birinci xanımı, bu günlərədək deputat həmkarımız olan, bu gün isə ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə olub. Məhz 12 illik deputat fəaliyyəti dövründə Mühriban xanım Əliyeva dörd dəfə amnistiya aktı təşəbbüsü ilə çıxış edib və nəticədə qırx mindək insan cəzadan azad olunub. Yəni, bu, bir daha sübut edir ki, Azərbaycan dövlətini idarə edən şəxslər özləri belə təşəbbüslərlə çıxış edərək, humanist addımlar atırlar. Biz ölkə rəhbəri tərəfindən belə bir humanist addımın bu yaxınlarda da bir daha şahidi olacağıq. Belə ki, Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti daha bir humanizm nümayiş etdirərərk, növbəti əfv sərəncamı imzalayacaq. Bu əfv sərəncamı ilə yüzdən artıq məhkum azadlığa çıxacaq və yenə də minlərlə insana sevinc bəxş ediləcək. ABŞ Dövlət Departamenti belə addımlara qiymət verməlidir. Görsün ki, dünyanın hansı ölkəsində mütəmadi olaraq belə humanist addımlar atılır. Daha haradasa hansısa bir faktı götürüb, bunun Azərbaycanda insan hüquqlarının posulması kimi təqdim edilməsi yanlış düçüncədir. Ona görə də bir daha təkrar edirəm ki, ABŞ Dövlət Departamentiinin Azərbaycandakı insan hüquqları ilə bağlı hesabtda yer alan fikirlər obyektivlikdən uzaq fikirlərdir". Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 2016-cı ildə bütün dünyada insan haqları ən çox Birləşmiş Ştatlarda pozulub: "Ötən il ABŞ-da seçki vaxtı prezidentliyə namizədlər, eləcə də seçkidə qalib gəlmiş Donald Trump insan haqları ilə bağlı çox ciddi mesajlar göndərirdi. İstər miqrantlarla, istərsə də müsəlman ölkələrindən gələnlərin Birləşmiş Ştatlara buraxılmaması ilə bağlı belə mesajlar indi də davam edir. Hətta söz azadlığının durumuna görə ciddi narahatlıqlar var. İnsan haqları hesabatında yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarından danışmaq lazımdır, nəinki 25 illik müstəqillik tarixi olan dövlətdə insan haqları, media azadlığının durumuna dair mikroskopla neqativ axtarmaq".