14:37
1 071
Güney Azərbaycanın tanınmış sənətkarı və aşığı Əli Yekanlının dəfn mərasimi bazar ertəsi Urmiyanın Bağe Rzvan qəbiristanlığında keçirilib.
Gunaz.tv
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət adamları, aşıqlar və Azərbaycan mədəniyyəti ilə musiqisinin çoxsaylı sevənləri iştirak ediblər.
Aşıq Əli Yekanlı bir müddət əvvəl Urmiya–Səlmas yolunda baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət almış və müalicə üçün Urmiyadakı İmam Xəstəxanasına yerləşdirilmişdi. O, xəstəxanada bir müddət müalicə aldıqdan sonra vəfat edib.
Əli Yekanlı şair, saz ifaçısı və Urmiya aşıq məktəbinin tanınmış və təcrübəli nümayəndələrindən biri kimi tanınırdı.
Mərasimdən yayılan görüntülərdə sənətkarı son mənzilə yola salmaq və ona ehtiram göstərmək üçün çox sayda insanın toplandığı görünür.