Müdafiə nazirləri Batumidə görüşüblər Siyasət
- 23 May 2017 15:19
- 448
Onlar Dağlıq Qarabağı müzakirə ediblər
Mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açaraq ölkələrimiz arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.
Levan İzoria Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib. Türkiyənin milli müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan dövləti dünyada separatizmə və terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi ölkələrdə sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə qarşı təhdiddir. Bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır. Nazir Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib.
Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək. İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Sonda görüşün birgə protokolu imzalanıb. Sonra hər üç nazirin iştirakı ilə mətbuat konfransı keçirilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsul Rəşad İsmayılov da iştirak ediblər.

-
I Beynəlxalq Opera Festivalının beşinci günü Gəncədə keçirilib
-
Janna Skot: Forumda düzgünlük, ədalət və təhlükəsizliyin bərqərar olması barədə fikirlər irəli sürülür
-
"AzerGold"un yeni istiqrazlarının ilk faiz ödənişi olub
-
Dini liderlərin Şuşa görüşü keçirilir
-
Azərbaycan mədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edir - Sevil Mikayılova
-
Ombudsman Səbinə Əliyeva TİHEK-in sədri Muharrem Kılıçla görüşüb
-
Mayın 5-də növbəti imtahanlar keçiriləcək
-
Aİ səfiri: Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir
-
Azərbaycan əsrlər boyu mədəniyyətlərin kəsişdiyi yer olub
-
Ucarda yük maşını yanıb - FOTO
-
COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıb
-
ABŞ səfirliyi: Gürcüstan demokratiyası risk altındadır
-
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB
-
İtaliyalı parlamentari: Regional sülhün əldə edilməsi səylərində Azərbaycanın yanındayıq
-
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
-
Bu il Düşənbədən Bakıya aviareys açılacaq
-
Kreml İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransına münasibət bildirib
-
Azərbaycanlı həkim tutduğu vəzifədən kənarlaşdıırlıb
-
Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Sabah hava necə olacaq?
-
“Bayer”in Roma, “Atalanta”nın Marsel sınağı
-
Aksiyada 8 etirazçı xəsarət alıb
-
Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları dəyişdi
-
“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası" təsdiqləndi
-
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu
-
Ermənistan, Gürcüstan, Ukraynada gedən ABŞ, NATO - Rusiya qarşıdurması niyə sonlanmır, qalib kimdir?
-
Gürcüstan Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarından biridir - Samir Şərifov
-
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
-
Rusiya silah istehsalında Qərbi üstələyib
-
"Gürcüstana iqtisadi yardım azaldılsın"
-
Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
-
Sosial şəbəkələrdə nifrət nitqləri 30 faiz artıb - Fernando Lottenberq
-
Ölkəmiz Vindzor Kral Atçılıq Şousunda yüksək səviyyədə təmsil olunur
-
Rusiya 799 gündə 7332 ədəd tankın itirib
-
Aksiyaçılar Rusiya bayrağını cırıblar
-
Rezidenturaya qəbul imtahanı keçiriləcək
-
Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
-
Azərbaycanda yeni profilaktik peyvənd tətbiq ediləcək
-
"Gürcüstan yol ayrıcındadı"
-
İranda zəlzələ olub
-
"Nyu-Yorkda keçirilən məhkəmə prosesi reytinqimi artırıb"
-
"Nyu-Yorkda keçirilən məhkəmə prosesi reytinqimi artırıb"
-
Azərbaycana gələn turistlərin sayında xeyli artım var - Sədr
-
BMT Amerikanın Yaxın Şərq siyasətinin girovuna çevrilib
-
Turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük - Zoritsa Uroşeviç
-
Azərbaycanla Avstraliya arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
- FOTO
-
Sosial media mədəni əlaqələrin inkişafına yol açır - Luçin Razoui
-
ABŞ Rusiyanın tərəfdaşlarını qorxutmağa çalışır
-
Ermənistanın Rusiyanı oyundan kənar qoymaq CƏHDİ: Qərb-Kreml mübarizəsi yeni mərhələdə
-
Etirazçılar Ədliyyə Evi yaxınlığında yolu bağlayıblar
-
Türkiyə-Özbəkistan ticarət həcmində hədəfə yaxınlaşırıq – Yılmaz Dünya xəbərləri Materials
-
Alvaro Morata İtaliyaya qayıdacaq
-
Ömer Bolat OECD Ticarət Nazirləri iclasında iştirak edəcək
-
Bakıda minik avtomobili yanıb
-
Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində
-
Los-Anceles yaxınlığında zəlzələ baş verib
-
Bakıda qarajda yanğın olub, ölən var
-
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
-
Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edib -VİDEO
-
Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək - Paşinyan