Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
18 Mart 2025 11:56
4 676
“Suriyada hakimiyyət dəyişəndən sonra Livan-Suriya münasibətlərində də müəyyən problemlərin olacağı bəlli idi. Belə ki, uzun zaman hər iki dövlət bu və ya digər formada İranın təsiri altında idi. Həm Bəşər Əsəd rejimi, eyni zamanda, Livandakı Hizbullah qruplaşması İranın əsas müttəfiqləri rolunda çıxış edirdilər. Təbii ki, Suriyada rejim dəyişəndən sonra Hizbullah təşkilatı özünün İran ilə logistik dəstəyinin quru yollarla kəsilməsindən kifayət qədər narahatlıq keçirirdi. İran da Suriyadakı yeni hakimiyyətlə münasibətləri normal olmadığından bu hakimiyyətin devrilməsi üçün özünün proksi qüvvələrindən istifadə etməyə çalışıb”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
O.Qasımov qeyd edib ki, Latakiya, Tartus bölgələrində Bəşər Əsəd rejimin qalıqlarının qiyama qalxması bölgədə vəziyyəti kəskinləşdirsə də, lakin Suriya hakimiyyəti qısa vaxt ərzində bu ərazilərdə vəziyyəti nəzarətə götürdü.
Politoloq əlavə edib ki, zaman-zaman Livanla sərhədlərdə Hizbullah qruplaşmasına aid olan hərbi birləşmələrlə Suriya hakimiyyət qüvvələri arasında müəyyən toqquşmalar baş verməkdə idi: “Düşünürəm ki, bu insident bir müddət də davam edəcək. Amma Türkiyənin hazırda həm Suriya hakimiyyəti, həm də Livan hakimiyyəti ilə yaxın münasibətləri var və Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır. Düşünürəm ki, bu gərginliklər hansısa irimiqyaslı bir toqquşmaya çevrilməyəcək. Çünki Suriya ilə Livanın uzun müddətdən bəri çox yaxın qonşuluq və yaxşı münasibətləri olub. Yəqin ki, bu münasibətlər bundan sonra da davam etdiriləcək. Sadəcə olaraq normallaşma prosesinə əngəl olacaq əsas qüvvə Hizbullah qruplaşmasıdır. O, son dövrlər ərzində xeyli zəiflədilsə də, amma hələ də kifayət qədər ciddi gücü var və Livan ordusu nə qədər ki, öz ərazisində vəziyyətə tam şəkildə nəzarət etməyəcək və Livandakı silahlar Livan ordusunun əlində cəmləşməyəcək, təbii ki, o zaman İrana bağlı Hizbullah və digər qruplaşmalar bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər edəcək”.
Röya İsrafilova
22:46
245
19:06
658
18:54
1 015