Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Siyasət

Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO

Diplomatik korpus nümayəndələrinin Laçın rayonuna səfəri başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti rayonda “Lacınema” mərkəzində olub.

Qeyd edilib ki, mərkəz mədəni tədbirlərin qeyd edildiyi məkana çevrilib, bayram və əlamətdar günlərlə bağlı burada mədəni tədbirlər təşkil edilir.

Daha sonra Laçının işğal və işgaldan sonrakı dövründən bəhs edən videoçarx nümayiş etdirilib.

Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədovun Laçınla bağlı təqdimatı olub.

Laçın səfəri seyrangahda davam edib. Nümayəndə heyəti Laçın şəhərinə açılan mənzərəyə baxıb, şəhərdə görülən bərpa-quruculuq işlərinə tamaşa edib.

Diplomatik korpus nümayəndələri, Laçında fəaliyyət göstərən "Gilabi Ceramics" mərkəzində də olublar. Burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.

Qeyd edilib ki, burada Laçında hələ əvvəldən hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətirilir. Sakinlər burada işlə təmin olunub.

Nümayəndə heyəti Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində də olub. Bildirilib ki, Laçın işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri zamanı Həkəri çayının sahilində bulvar yaradılıb və sakinlərin istirahəti üçün şərait yaradılıb.

Daha sonra qonaqların iştirakı ilə Həkəri çayına balıqlar buraxılıb.

Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO Diplomatik korpus nümayəndələri Laçında səfərdə olub - FOTO