ABŞ İranın blokadasını pozmaq istəyən 40-dan çox gəminin yönünü dəyişib Dünya

ABŞ İranın blokadasını pozmaq istəyən 40-dan çox gəminin yönünü dəyişib

İranın dəniz blokadasının başladığı 13 aprel tarixindən bəri ABŞ ordusu, blokadanı pozmağa çalışan 40-dan çox ticarət gəmisininin istiqamətini dəyişib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu gün çərşənbə günü ABŞ ordusu blokadanı pozmağa çalışan 42-ci ticarət gəmisini yönləndirdikdən sonra əhəmiyyətli bir mərhələyə çatdı", - komandanlığın rəhbəri admiral Bred Kuper deyib.

O bildirib ki, blokada Tehranın tankerlərə yüklənmiş təxminən 69 milyon barel neft satmasına mane olur.