Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
20:39
665
ABŞ-ın müharibə naziri Pit Heqset ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin aparıcı üzvü Adam Smit arasında Konqresdə keçirilən dinləmələrdə İranla müharibə ilə bağlı gərgin müzakirə aparılıb.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən Heqset 2025-ci ildə ABŞ-ın zərbələri nəticəsində İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini bildirib.
Buna cavab olaraq Adam Smit administrasiyanın müharibəyə başlama səbəblərini sual altına alıb. Onun sözlərinə görə, iki ay əvvəl İranın nüvə silahının "təcili təhlükə" olduğu əsas gətirilərək müharibəyə başlanıb: “İndi isə deyirsiniz ki, bu obyektlər tamamilə məhv edilib?”
Heqset cavabında bildirib ki, İran nüvə ambisiyalarından imtina etməyib və hələ də minlərlə raketə malikdir. Nazir çıxışında demokratları və bəzi respublikaçıları ABŞ hərbi əməliyyatları üçün əsas problemlərdən biri adlandırıb.