Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Dənizə sevgi, peşəyə sədaqət, şərəfli insan ömrü yaşayan əfsanəvi kapitan
Netanyahu və İsrailin müdafiə naziri Livanın cənubundakı "təhlükəsizlik zonası"na səfər edib
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
29 Aprel 21:17
2 492
Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə “Ədibin evi”ndə ədəbi-bədii tədbir təşkil olunub.
Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, ziyalılar, tələbələr və ədəbiyyatseverlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsini açıq elan edən Akademiyanın sosial və iqtisadi məsələlər üzrə prorektoru, rektor köməkçisi Gülnarə Əhmədova akademik Arif Paşayevin salamlarını iştirakçıların diqqətinə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rəfail Hüseynov, akademik Nizami Cəfərov və akademik Misir Mərdanov çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi irsinin milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, görkəmli ədibin yaradıcılığı yalnız keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün mühüm mənəvi istiqamətverici rol oynayır.
Tədbirdə yazıçının tələbələrindən biri, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə müəllimi ilə bağlı xatirələrini bölüşərək onun pedaqoji və insani keyfiyyətlərindən bəhs edib.
Bədii hissədə tələbələr tərəfindən ədibin
şah əsəri olan “Bir gəncin manifesti” , “Yad adam” hekayəsi əsasında hazırlanmış səhnəcik təqdim olunub, həmçinin “Qaf ucalığı” və “Bizim Mir Cəlal müəllim” adlı şeirlər səsləndirilib. Musiqi nömrələri və ədəbi kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
Eyni zamanda, Mir Cəlal Paşayevin “Dirilən adam” əsərinin müasir interpretasiyası əsasında hazırlanmış televiziya layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Televiziyasının təşəbbüsü ilə həyata keçirilən layihə milli ədəbiyyatın təbliğinə xidmət edir.
Öz növbəsində Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək qeyd edib ki, Mir Cəlal Paşayevin irsinin qorunması və təbliği “Ədibin evi” üçün yalnız vəzifə deyil, həm də mənəvi missiyadır.
Tədbirin sonunda Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda fəal iştirak edən tələbələrə “Ədibin evi”nin simvolik hədiyyələri təqdim olunub.
Tədbir Əməkdar artist Lalə Məmmədovanın ifası ilə başa çatıb.
30 İyun 22:01
1 036
30 İyun 21:58
994
30 İyun 19:11
1 176