08:37
707
Ukrayna istənilən platformada Moskva ilə danışıqlara hazırdır - əsas odur ki, Rusiyanın niyyətləri dürüst olsun və ədalətli sülh arzumuzla üst-üstə düşsün. Prezident Zelensky növbəti mərhələni Azərbaycanda keçirməyə hazır olduğunu dilə gətirdi və bu, həqiqətən bizə kömək edə bilər. Çünki Azərbaycan xalqı bizi çox gözəl başa düşür.
Bunu xalqcebhesi.az-a ukraynalı siyasi ekspert Nikolay Volqov
Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi Moskvanın razılığı ilə Azərbaycanda Rusiya ilə danışıqların növbəti mərhələsini keçirməyə hazır olması barədə bəyanatına münasibətində deyib.
"Bütün Kremlin təbliğatına baxmayaraq, Azərbaycanda insanlar görürlər ki, Moskva Ukraynaya qarşı işğalçı müharibə aparır. Onlar başa düşürlər ki, təcavüzkarın məqsədi Ukrayna dövlətçiliyini və xalqımızı məhv etmək, işğalı əsl soyqırıma çevirməkdir. Azərbaycan özü uzun illər öz torpaqlarının işğalından əziyyət çəkirdi, ona görə də onlar bizim məqsədlərimizi yaxşı başa düşürlər.
Ancaq Moskvanın belə bir platformaya razı olacağına böyük şübhələr var. Son vaxtlar biz yalnız Rusiyanın Bakıya hibrid təzyiqinin artdığını görürük. Kreml hələ də postsovet məkanının müstəqil dövlətlərinə öz vassalları və "təsir dairəsi"kimi yanaşmağa çalışır.
Buna baxmayaraq, biz Azərbaycana və şəxsən Prezident İlham Əliyevə sülhməramlı səylərinə və dəstəyinə görə çox minnətdarıq. İnanmaq istərdim ki, bu təklif işə yarayacaq və danışıqların növbəti raundu Azərbaycanda keçiriləcək" - Volqov deyib.
Cavid
08:35
728
29 Aprel 18:25
1 526
29 Aprel 18:24
1 323