ABŞ kosmonavtları 2029-cu ilə qədər Aya eniş edə bilər Dünya

ABŞ kosmonavtları 2029-cu ilə qədər Aya eniş edə bilər

“İkinci səlahiyyət müddətimin başa çatacağı 2029-cu ilə qədər ABŞ kosmonavtlarının Aya eniş ehtimalı yüksəkdir”.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bizim yaxşı şansımız var. Bu istiqamətdə işlər qrafikdəkindən irəlidə gedir. Biz yaxşı müntəzəmliklə Ay raketlərinin buraxılışını bərpa etdik. Artemis 2 missiyası yenicə Aya uçuşu başa vurub. 2027-ci ildə Artemis 3 missiyasını işə salacağıq və 2028-ci ildə kosmonavtların Ayın səthinə enişi üçün iki fürsəti qoruyub saxlayacağıq", - o bildirib.