Azərbaycan və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə müzakirələr olub
Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb
Ermənistanla delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək
Məzahir Əfəndiyevin EU Reporter-da “Ukraine aims for Peace!” adlı məqaləsi dərc olunub
17:14
1 169
“TRİPP və yaxud Zəngəzur dəhlizi təkcə Azərbaycanı Azərbaycanla birləşdirməyəcək, həm də Ermənistanı ən kəsə yolla bir-birinə birləşdirəcək. Yəni Ermənistanın şimalından cənubuna Naxçıvandan keçməklə ən yaxın nəqliyyat dəmir yolu kommunikasiyası olacaq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H.Babaoğlu qeyd edib ki, Ermənistan dağlıq coğrafiyadır və Ermənistanın şimalından cənubuna getmək üçün məhz Araz çayı boyunca Sədərəkdən keçməklə Salamməlik və Mehri stansiyalarına qədər gələn yol heç şübhəsiz ki, ən kəsə yol olacaq: “Bu mənada, əlbəttə ki, dəmir yolunun funksionallığı daha da artacaq. Amma şübhəsiz ki, biz TRİPP marşrutunu sadəcə lokal kontekstdə qiymətləndirə bilmərik. Bu, dünya iqtisadiyyatının əsas yük daşıma yollarından birinə çevriləcək. Təsadüfi deyil ki, TRİPP marşrutunu həm də quru Süveyş kanalı adlandırırlar. Dar bir boğazdan milyonlarla ton yüklərin keçilməsi planlaşdırılır. Əslində, elə Süveyş kanalı da cəmisi 66 metr eni olan 193 kilometrlik dar bir kanaldır. Bu mənada, əlbəttə ki, biz bu nəqliyyat kommunikasiyasının perspektivini daha da geniş kontekstdə qiymətləndirməyi bacarmalıyıq”.
Deputatın sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə isə əslində bu gün Azərbaycan üzərindən Ermənistana göndərilən yüklər Gürcüstan üzərindən göndərilir və ikinci marşrut Qazax-Dilican marşrutudur: "Amma Zəngəzur dəhlizi hər iki marşrutdan daha qısa marşrutdur. Yəni üçüncü ölkələrdən, xüsusən Rusiyadan gələn yüklərin Ermənistana çatdırılmasında və yaxud Azərbaycandan Ermənistana göndərilən yüklərin ən kəsə marşrutla Ermənistana çatdırılması yenə də Zəngəzur dəhlizi üzərindən olan marşrutdur. Bu da bu marşrutun daha funksional və daha səmərəli marşrut olduğunu göstərir”.
Röya İsrafilova