08:36
602
Politoloq Naib Niftəliyev: “Prosesin irəliləməsi regionun təhlükəsizlik maraqlarına uyğundur”
Baş nazirin müavini Şahin Mustafayevin Ermənistana səfəri və sərhədlərin delimitasiya–demarkasiya prosesinin qarşılıqlı anlaşma əsasında, məqsədyönlü tamamlanması istiqamətində Azərbaycan hökumətinin atdığı ardıcıl addımlardan biri kimi dəyərləndirilə bilər. Bu, müvafiq sülh sazişinin paraflanmasından sonra tərəflərin mövqeyinin əhəmiyyətli dərəcədə yaxınlaşdığını, uzlaşdığını göstərir. regionda post-münaqişə mərhələsinin mühüm elementlərindən biridir.
Bunun xalqcebhesi.az-a politoloq Naib Niftəliyev deyib.
O, qeyd edib ki, bu proses İkinci Qarabağ müharibəsi sonrası yaranmış yeni siyası reallıqları əhəmiyyətli şəkildə əhatə edir. Proses artıq razılaşdırılmış sülh sazişinin əsas müddəaları çərçivəsində aparılır:
"Başlıca məqsəd dövlət sərhədlərinin hüquqi və texniki baxımdan dəqiq müəyyən edilməsidir.
Bəllidir ki, delimitasiya xəritələr və hüquqi əsaslar üzərindən razılaşmanı, demarkasiya isə bu razılaşmanın yerində – sərhəddə fiziki şəkildə işarələnməsini nəzərdə tutur.
Bu, standart qaydadır, zəruri siyasi-hüquqi prosedurdur. Dövlət rəsmiləri arasında müvafiq səfərlər və görüşlər tərəflər arasında razılığın möhkəmləndirlməsi, etimadın qurulması və sabitliyin, sülhün təminatı baxımından əhəmiyyətlidir.
Digər tərəfdən Şahin Mustafayevin Ermənistana səfəri Azərbaycan–Ermənistan münasibətlərində normallaşmanın praktik mərhələyə keçdiyini göstərir. Ümumilikdə bu səfəri normallaşma prosesi fonunda gerçəkləşdirilən mühüm siyasi addım kimi dəyərləndirmək mümkündür" - politoloq vurğulayıb.
Cavid
08:34
602
29 Aprel 17:23
1 344
29 Aprel 16:41
2 142