14:57
784
Deputat Azər Allahverənov Milli Məclisin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. Görüş zamanı vətəndaşın övladlarının təhsili ilə bağlı mövcud məsələlər müzakirə olunub. Vətəndaşın müraciətini diqqətlə dinləyən deputat bu sahədə yaranan problemlərin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyini və məsələnin nəzarətdə saxlanılacağını bildirib.
Azər Allahverənov vurğulayıb ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Cavid