Hüqo Qevara: Regionda son hadisələr ABŞ-Azərbaycan əməkdaşlığının faydalarını bir daha göstərdi Siyasət

Hüqo Qevara: Regionda son hadisələr ABŞ-Azərbaycan əməkdaşlığının faydalarını bir daha göstərdi

Regionda son hadisələr ABŞ-Azərbaycan ikitərəfli əməkdaşlığının faydalarını bir daha göstərdi.

APA xəbər verir ki, bu barədə Azərbaycanda diplomatik missiyası başa çatan ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.
“Regionda son hadisələr bizim ikitərəfli əməkdaşlığın faydalarını bir daha göstərdi. Nümunə olaraq, ABŞ vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığımızı bildiririk”, - diplomat qeyd edib.

O, ABŞ-la Azərbaycan arasında dostluq əlaqələrinin daha da güclənəcəyinə əminliyini ifadə edib.