

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu başlayıb.
Bu barədə APA-nın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Forum bədii-mədəni proqramla start götürüb.
İƏT Gənclər Forumu “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusuna həsr olunub.