“Ermənistan sülh şansını itirməməlidir” – Vüqar İsgəndərov Siyasət

“Ermənistan sülh şansını itirməməlidir” – Vüqar İsgəndərov

“Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin Ermənistana səfəri iki ölkə arasında gələcəkdə imzalanacaq sülh müqaviləsinin və dövlətlərarası münasibətlərin formalaşması istiqamətində atılan müsbət addımdır”.
Bunu deputat Vüqar İsgəndərov “xalqcebhesi.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, sülhü təbliğ etmək və humanizm prinsiplərini önə çəkmək Azərbaycan dövlətinin əsas prioritetlərindəndir: “Ölkəmiz hər zaman sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya önəm verib. Təəssüf ki, uzun illər Ermənistanın işğal siyasətinə məruz qalmışıq. Amma bu gün qalib dövlət kimi Azərbaycan bölgədə dayanıqlı və davamlı sülhün bərqərar olması üçün ardıcıl addımlar atır”.

Günel Elxan