 
                
                
                
             
                
                
                
             10:40
10:40 861
861
“Belçika konqoluları öz hüquq və azadlıqlarından tamamilə məhrum etmişdi”.
APA xəbər verir ki, bunu Belçikadan olan jurnalist, mühazirəçi və müstəqil tədqiqatçı Dieudonné Kwebe-Kimpele Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda deyib.
“Birinci Dünya müharibəsində Belçikaya mineral lazım idi. Buna görə də, Konqodan minerallar çıxarılır, ölkə talan edilirdi. Konqolular gündə 18 saat işləməyə məcbur edilirdi. Konqoluların resursları ixrac edilirdi, onların torpaqları alınırdı, hüquqlardan məhrum edilirdilər. Bu, sistemli şəkildə həyata keçirilirdi”, - jurnalist qeyd edib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    