Azərbaycandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb Siyasət

Azərbaycandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

Gürcüstanın Laqodexi rayonunda yerləşən “Matsimi” sərhəd bölməsində dövlət sərhədini qanunsuz keçən dörd nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər sərhəd-keçid məntəqəsindən yan ötməklə Azərbaycandan qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməli 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Saxlanılan əcnəbilərin vətəndaşlıqları açıqlanmayıb.