XİN: İsrailli iş adamları ilə Mərkəzi Asiya bazarına çıxış müzakirə edilib Siyasət

XİN: İsrailli iş adamları ilə Mərkəzi Asiya bazarına çıxış müzakirə edilib

İsrail xarici işlər nazirini böyük nümayəndə heyəti müşahidə edir. Bu gün iki ölkə arasında səhər saatlarından biznes forumu keçirilir”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi hökumətlərarası komissiyanın son iclası ötən il İsraildə keçirilib: “124 israil şirkəti Azərbaycanda fəal iş və layihələr həyata keçirir. Ənənəvi olaraq enerji sahəsi böyük əməkdaşlıq istiqamətlərindən biri və birincisidir. 2025-ci ildə ilk dəfə əlaqələr enerji resurslarından kənara çıxıb, SOCAR ilk dəfə İsrailin Aralıq dənizi sahillərində həyata keçirilən qaz layihəsində 10%-lik pay aldı. Nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar xüsusi əhəmiyyətli sahələr kimi dəyərləndirilir. Eyni zamanda Azərbaycanda olan israilli iş adamları üçün perspektivlər və imkanlar, Mərkəzi Asiya bazarına birgə çıxışla bağlı fikir mübadiləsi apardıq”.