“Londonda Britaniya–Azərbaycan dostluq qrupunun iclası keçirildi” Siyasət

“Londonda Britaniya–Azərbaycan dostluq qrupunun iclası keçirildi”

“Uzun fasilədən sonra dostluq qrupunun yenidən fəaliyyətə başlaması Azərbaycan səfirliyinin və Milli Məclisin apardığı məqsədyönlü təbliğat və diplomatik fəaliyyətin nəticəsidir və artıq qrupun ilk iclası keçirilib”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında deputat Fariz İsmayılzadə bildirib.

O bildirib ki, Londonda Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasında iştirak edib və Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi iclasa qatılıb. Bu, onun bu formatda Londona ikinci səfəridir.

Fariz İsmayılzadə əlavə edib ki, səfər çərçivəsində britaniyalı dörd deputatla görüşlər keçirib, eyni zamanda Böyük Britaniyanın iki aparıcı beyin mərkəzi – Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) və Kral Birləşmiş Xidmətlər İnstitutu (RUSI) ilə müzakirələr aparılıb. Onun sözlərinə görə, görüşlərdə parlamentlərarası əməkdaşlıq, regional təhlükəsizlik və Azərbaycan–Böyük Britaniya münasibətlərinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Günel Elxan