Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər”

“Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər” Siyasət

“Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər”

Mübariz Əhmədoğlu:"Ehtimal ki, prezidentlərin görüşü məsələsi razılaşdırılacaqdır"

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Krakovda (Polşa) təkbətək görüşlə yanaşı həm ayrı-ayrılıqda, həm də birlikdə vasitəçilərlə görüşdülər. ATƏT-in Minsk Qrupu öz işinə kifayət qədər ciddi yanaşır. Bunun digər əlaməti Ermənistan tərəfinin danışıqların davam etdirilməsi üçün irəli sürdüyü şərtlərin rədd edilməsidir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan həmsədrlərlə görüşdən sonra onun 4 şərt irəli sürməsi barədə rəhbərlik etdiyi nazirliyin mətbuat xidməti məlumat yaymışdı:
Bakı:
I. Atəşkəs haqqında müqaviləyə əməl etməklə bağlı həmsədrlərin çağırışına reaksiya verməlidir.
II. Əvvəl əldə olunmuş razılaşmaları reallaşdırmalıdır.
III. Danışıqlar prosesinə konstruktiv cəlb olunmalıdır.
IV. Münaqişənin tənzimlənməsinin konstruktiv başlanğıcı barədə həmsədrlərin təkliflərinə sadiqliyini təsdiq etməlidir.
Görüşdən sonra həmsədrlərin yaydığı bəyanatda E.Nalbandyanın dediklərinin əks effekt yaratdığını asanlıqla görmək olar.
Mərkəz sədri əlavə edib ki, ATƏT MQ-nin mövqeyində Ermənistanın mövqeyinin əleyhinə fikirlər getdikcə daha da möhkəmlənir: ""Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmaları yerinə yetirilməlidir" termini işlənmir. Bunun əvəzinə "əvvəlki sammitlərdə" termini istifadə olunub. "Əvvəlki sammitlər" dedikdə 2014-cü ili də prezidentlərin Paris görüşü və hətta prezidentlərin 2010-cu il Həştərxan görüşü başlanğıc nöqtə kimi qəbul edilə bilər.
Həmsədrlərin etimad tədbirlərinə xüsusi diqqət ayırması göz qabağındadır.
Publik səslənmiş etimad tədbirləri 3 qrupdur.
I. Ermənilər və azərbaycanlıların məzarları, dini və mədəni abidələrin ziyarəti.
II. Dağlıq Qarabağ və ətraf rayonlarındakı döyüş baş verən ərazilərdə məzarlıqların ermənilər və azərbaycanlıların iştirakı ilə müəyyənləşdirilməsi, sonradan mütəxəssislərin iştirakı ilə DNT analizi vasitəsilə ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi.
III. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoqu.
Həmsədrlərin münaqişə regionunda yenidən monitorinq missiyası reallaşdırmaq niyyəti də onların fəaliyyətinin ciddiləşdiyinin göstəricisidir. Atəşkəs rejiminə riayət olunduğunu fiksə etməklə həmsədrlər Ermənistanı ciddi şəkildə tərksilah etdilər. İşğal olunmuş Azərbaycan ərazisində həm ölən, həm də öldürənlərin əksəri ermənilərdir.
Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Ehtimal ki, prezidentlərin görüşü məsələsi razılaşdırılacaqdır. Fransanın aktivliyi və RF XİN rəhbəri Sergey Lavrovun mərhələli həll variantı ilə bağlı dedikləri də ermənilərin arzulamadığı meyllərdir.
Ümumiləşdirək: 2018-ci ildə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanacağını ehtimal etməyə kifayət qədər ciddi əsaslar var. Ən azı Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar müvəqqəti də olsa Dağlıq Qarabağ ərazisinə daxil olacaqlar. Amma bu müvəqqəti daxil olma daimi məskunlaşmanın bünövrəsini qoyacaqdır".