Ronaldu Portuqaliya yığmasındakı karyerasını başa vurdu - RƏSMİ
ADY: Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Gələn il hamiləliyə və doğuma görə adambaşına müavinət xərci 3946,16 manat olacaq
BTQ: Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb
13:35
385.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə keçirilən görüşdən sonra Ukraynadakı münaqişənin tənzimlənməsi məsələləri üzrə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, Ərdoğan şənbə günü Türkiyədə Zelenski ilə baş tutan səfər çərçivəsində bu məsələləri ətraflı müzakirə etdiklərini və Rusiyayla Ukrayna arasındakı müharibənin danışıqlar yolu ilə bitirilməsi üçün diplomatik addımların vacibliyini izah etdiklərini qeyd edib. Türkiyə lideri vurğulayıb ki, ölkəsi sülhə yol açmaq üçün əlindən gələni edir və bundan sonra da edəcək.
"Zelenski ilə bu görüşdən sonra indi məsələnin Rusiya tərəfini də müzakirə etmək üçün cənab Putinlə danışıqlar aparmaq istəyirik. Bu arada aidiyyəti nümayəndələrimiz, ilk növbədə xarici işlər naziri həmkarları ilə əlaqə saxlayacaq və ümid edirik ki, Rusiya tərəfini bu danışıqlara hazırlayacaqlar", - deyə Türkiyə prezidenti əlavə edib.
Məryəm Quliyeva