“Sarkisyanın parlamentə və partiyasına müraciəti siyasi çəkisi olmayan bəyanatdı” Siyasət

“Sarkisyanın parlamentə və partiyasına müraciəti siyasi çəkisi olmayan bəyanatdı”

"Ermənistanda son sözü Rusiya deyəcək". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistanda davam edən etiraz aksiyaları fonunda istefa verən Serj Sarkisyanın parlamentə və partiyasına müraciəti yersiz və siyasi çəkisi olmayan bəyanatdı. Hökumətin tam tərkibdə istefası və növbədən kənar seçkilərin keçirilməsi ilə əlaqadar, Yelk blokunun rəhbəri Nikol Peşinyanla baş nazirin vəzifəsini icra edən Karen Karapetyanın planlaşdırılan görüşünün Karapetyan tərəfindən son anda qəbul edilməməsi və hakim Respublikaçılar partiyasının ofisinin BTR -lərlə mühafizəsinin gücləndirilməsi Kremldən gələn təlimatla həyata keçirildiyinə şübhə yoxdur: "Qeyd edim ki, Moskva tərəfindən Ermənistana göndərilən Karen Karapetyan Sarkisyan dönəmindən sonra Ermənistanda baş nazir olmalı idi. Sarkisyan planı pozduğuna görə aqibəti aydındır. Və ölkədə siyasi sabitliyi pozaraq, Kremlin maraqlarına uyğun siyasət aparmadı.Halbuki Sarkisyan Moskvanı əmin edirdi ki, vəziyyətə nəzarət edəcək və inqilaba yol verməyəcək".
Göründüyü kimi ölkədə "Məxməri inqilab" davam edir. burada Qərb çalışır ki, hazırda Rusiyanın maraqlarına xidmət etməyən hakimiyyət formalaşsın. Karapetyanı Kreml inqilabdan qorumaqla hakimiyyətdə saxlamaq istəyir. Rusiya görsə ki, etirazlar onun maraqlarına zərbə vurur və yeni qüvvələr hakimiyyətə gəlir, öz əsgəri qüvvəsini işə sala bilər: "Qeyd edim ki, parlamentdə səs çoxluğuna malik Respublikaçılar partiyası hökuməti əlində saxlayır və Moskva çalışır ki, indiki hökumət istefaya getməsin. Vladimir Putinin Ermənistan prezidenti Armen Sarkisyanla telefon görüşməsi və xarici işlər naziri Eduard Nalbandyanın Moskvaya təcili səfəri Yerevenda etiraz aksiyalarının getdikcə ciddi böhran vəziyyətinə gəlməsinə və hökumətin tam tərkibdə istefaya getməsinə apara birəcək proseslərdə Qərbin rolunu minmuma endirilməyə çalışılacaq".
Hazırda müxalif lider Paşinyan növbəti parlament seçkilərinin keçirilməsini və Karen Karapetyanın istefasını tələb edir. Moskva bu tələblə razılaşsa,Sarkisyan hokumətinin və partiyasının sonu olacaq. Amma Kreml imkan verməyəcək ki, Qərbin dəstəklədiyi şəxs hakimiyyətə gəlsin. Sarksiyan məlum bəyanat verməsi onun yenidən siyasi mərkəzə qayıtmasına zəmin yaratmayacaq. Onun bəyanatı özünə təsəllidir və bəyanat erməni xalqında qəzəb və kini dahada artıracaq. Sadəcə, Sarkisyan Moskvanın hərəkətə keçməsindən ruhlanaraq bu təşəbbüslə çıxış edir. Ümid edir ki, fors-major məqamda yenidən hakmiyyətdə təmsil oluna bilər.
Nikol Paşinyan Ermənistanda ciddi siyasi fiqurdu. Onun Rusiya ilə bağlı qeyd etdikləri Moskvanın maraqlarına cavab versədə, inqilab əhval-ruhiyyəsində olan Peşinyan Moskva üçün arzu olunan siyasi deyil. Kreml, Paşinyanla işləməkdə maraqlı deyil.