4 Avqust 16:31
11:29
602
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizin şimal hissəsində Səudiyyə Ərəbistanının "Wafa" neft tankerinə ballistik raketlərlə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bəyan edib.
Onun sözlərinə görə, üsyançılar "Qırmızı dənizin şimal hissəsində, Yanbu limanı yaxınlığında Səudiyyə Ərəbistanının "Wafa" neft tankerinə bir neçə ballistik raketdən istifadə etməklə hücum ediblər". Sarianın iddiasına görə, raket zərbəsi dəqiq olub.
Məryəm Quliyeva