12:31
476
Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş suveren aktivlərinin gəlirlərindən 1,4 milyard avro həcmində olan beşinci tranşı müsadirə edib və həmin vəsaiti Kiyevə verəcəyinə söz verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bəyanatında bildirilir.
"3 avqust tarixində Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üçün bloka salınmış aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan gəlirlər şəklində 1,4 milyard avro əldə edib", - deyə bəyanatda qeyd olunur.
Fon der Lyayen vurğulayıb ki, Avropa Komissiyası Rusiyaya qarşı hərbi əməliyyatların davam etdirilməsini maliyyələşdirmək üçün "bu 1,4 milyard avronu Ukraynaya təqdim edəcək". Onun sözlərinə görə, bu, ümumi məbləği 8 milyard avro təşkil edən bu cür ödənişlərin artıq beşinci tranşıdır.
Məryəm Quliyeva