Trampdan İrana növbəti xəbərdarlıq: "Hörmüz boğazı açılmasa, ağır zərbə endiriləcək" Gündəm

Trampdan İrana növbəti xəbərdarlıq: "Hörmüz boğazı açılmasa, ağır zərbə endiriləcək"

Hörmüz boğazı gəmiçilik üçün çox yaxında açılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"Boğaz çox yaxında açılacaq, əks halda onlara (İrana — red.) ağır zərbə endiriləcək və bundan sonra boğaz açılacaq", — deyə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz çox yaxşı danışıqlar aparırıq", — deyə o əlavə edib və İranın bunu "etiraf etmək istəməməsindən" təəssüfləndiyini bildirib. Tramp İslam Respublikasının danışıqlara bu cür yanaşmasını "bir qədər ruhdan düşürən" adlandırıb.

Məryəm Quliyeva