İsrail ordusu Qəzzada raket anbarı kimi istifadə olunan tuneli məhv edib Dünya

İsrail ordusu Qəzzada raket anbarı kimi istifadə olunan tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağında yeraltı tuneli məhv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Obyekt anklavın cənubunda yerləşib və desant-mühəndis bölmələrinin birgə səyləri ilə partladılıb. Ordunun məlumatına görə, radikal fələstinli qruplaşmalar bu yeraltı keçiddən onlarla raketin saxlanılması üçün istifadə edirmişlər.

"Cənub komandanlığına tabe olan İsrail Müdafiə Qüvvələrinin qoşunları atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq bu ərazidə yerləşdirilib və hər hansı birbaşa təhdidləri aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək", — deyə hərbçilər bildiriblər.

Məryəm Quliyeva