4 Avqust 16:31
08:01
469
ABŞ prezidenti Donald Trampın Kaliforniyadakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.
Polis hadisənin avqustun 2-də, Trampın ştata səfərindən iki gün əvvəl baş verdiyini bildirib.
Mülki geyimdə olan federal agentlər 38 yaşlı Janin Con Teleni qolf meydançasının ərazisində gəzərkən, foto və video çəkərkən, təhlükəsizlik hazırlıqlarını izlədiyini müəyyən edərək saxlayıblar.
Onun üzərindən patron darağı, avtomobilindən doldurulmuş tapança və sursat, evindən isə silah, zirehli jilet və narahatedici qeydlər olan dəftərlər aşkarlanıb.
Şübhəlinin saxlanıldığı vaxt artıq quldurluq işi üzrə istintaqa cəlb olunduğu bildirilib. Tramp isə hadisədən iki gün sonra Kaliforniyaya səfər edərək qolf klubuna gəlib.