Tramp: "ABŞ və İran danışıqlarının nəticəsi 48 saat ərzində bəlli olacaq" Dünya

Tramp: "ABŞ və İran danışıqlarının nəticəsi 48 saat ərzində bəlli olacaq"

ABŞ və İran arasındakı danışıqların nəticəsi artıq yaxın 48 saat ərzində məlum ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Vaşinqton və Tehran arasında razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazının artıq avqustun 5-də açıla biləcəyi ilə bağlı xəbərləri şərh etmək xahişinə cavab verərkən bildirib.

"Biz İranla danışıqlar prosesində çox yaxşı irəliləyirik. Nəticələr haqqında 48 saat ərzində öyrənəcəyik. Hörmüz boğazının açılması sabah və ya ondan bir gün sonra baş verə bilər. Əhəmiyyətli irəliləyiş əldə edilib", — deyə Tramp Los-Ancelesdən (Kiforniya ştatı) uçmazdan əvvəl jurnalistlərlə həmsöhbət olarkən deyib.

Məryəm Quliyeva