İran və Oman arasındakı saziş Hörmüz boğazının açılmasını nəzərdə tutmur Dünya

İran və Oman arasındakı saziş Hörmüz boğazının açılmasını nəzərdə tutmur

Oman və İran arasındakı saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur, bu məsələ ABŞ-nin addımlarından asılı olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.

Mənbənin sözlərinə görə, gəmilərin Hörmüz boğazından keçid qaydaları ilə bağlı İran və Oman arasında imzalanması mümkün olan saziş heç bir halda boğazın dərhal açılması demək deyil. ABŞ razılaşmaları pozmağa və İrana qarşı təcavüzü davam etdirəcəyi təqdirdə sular bağlı qalacaq.

Məryəm Quliyeva