Alimlər Yer kürəsinin əhalisini iki dəfə azaltmağı təklif ediblər Dünya

Alimlər Yer kürəsinin əhalisini iki dəfə azaltmağı təklif ediblər

Alimlər planetin təbii resurslarını, biomüxtəlifliyini qorumaq, həmçinin karbon qazı tullantılarını azaltmaq üçün 2200-cü ilə qədər Yer kürəsinin əhalisini iki dəfə azaltmağı təklif ediblər.

Xalqcebhesi.az xəbər verir ki, tədqiqatçılar bu barədə "Sustainable Development" elmi jurnalında dərc olunmuş məqalədə yazıblar.

"Biz 1970-ci ildən bəri qlobal əhali səviyyəsinin (və bunun adambaşına düşən təsirinin) biomüxtəliflik, resurs istehlakı və ətraf mühitin çirklənməsinin səkkiz göstəricisi ilə nə dərəcədə üst-üstə düşdüyünü müəyyən etdik. Oxşar tendensiyaların 1970-ci ildən əvvəl başlamasına baxmayaraq, həmin vaxtdan bəri onlar əhəmiyyətli dərəcədə artıb", — deyə tədqiqatçılar məqalədə qeyd edərək, göstəricilərin yaxşılaşdırılması üçün 2200-cü ilə qədər planetin əhalisini 4 milyard nəfərə və ya daha aza endirməyin vacib olduğu qənaətinə gəliblər.

Alimlərin fikrincə, əhalinin bu sayadək azaldılması vəhşi ekosistemlərə düşən təzyiqi aşağı salacaq və iqlim dəyişikliyinin fəsadlarını yumşaldacaq.

Məryəm Quliyeva