Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı İdman

Çempionlar Liqası: "Sabah" Danimarka, "Fənərbağça" Avstriya klubuna qarşı

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Azərbaycan təmsilçisi "Sabah" Danimarkada "Orxus" klubunun qonağı olacaq. "Randers" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunun baş hakimi sloveniyalı FIFA referisi Rade Obrenoviç olacaq.

Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

Günün son matçında isə "Fənərbağça" Türkiyədə Avstriyanın "Şturm" (Qrats) kollektivini sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.