“Azərbaycan “İsgəndər“lərə qarşı üstünlüyə nail oldu“ Siyasət

“Azərbaycan “İsgəndər“lərə qarşı üstünlüyə nail oldu“

"Xüsusilə İsrail istehsalı olan raketlər bizim üçün kifayət qədər təhlükəlidir. Bilmirəm nə dərəcədə bu raketlər "İsgəndər"lərə rəqibdir, ama onu bilirəm ki, çox təəssüf ki, Azərbaycan bu sahədə də üstünlüyə nail oldu. Bu bizim üstünlük əldə etdiyimiz yeganə silah növü idi".
Bunu erməni hərbi ekspert Mher Hakopyan öz "Facebook" səhifəsində yazıb.
Yazını olduğu kimi diqqətinizə çatdırırıq: "İyunun 11-də Azərbaycan öz yeni raket kompleksləri olan "Polonez"ləri və İsrail istehsalı LORA əməliyyat taktiki raketlərini nümayiş etdirdi.
"Polonez" raketləri 200 km uzaqlığadək, LORA-lar isə 300 km məzafəyədək vura bilir. Xüsusilə İsrail istehsalı olan raketlər bizim üçün kifayət qədər təhlükəlidir. Faktiki olaraq bu raketlər bizim "İsgəndər"lərə rəqibdir. 2-3 il əvvəl müzakirələrdən birində hamımızın tanıdığı Artsrun Hovanisyan bunları qeyd edərək, məsələnin baş verəcəyini gözlədiyini bildirirdi.
Bilmirəm nə dərəcədə bu raketlər "İsgəndər"lərə rəqibdir, ama onu bilirəm ki, çox təəssüf ki, Azərbaycan bu sahədə də üstünlüyə nail oldu. Bu bizim üstünlük əldə etdiyimiz yeganə silah növü idi. Ancaq Əliyev bu məsələni də həll etməsəydi, ona İlham deməzdilər.
İndi sual yaranır, bəs sonra, nə etməliyik, çıxış yolu nədir? Çətin ki, Azərbaycan LORA və "Polonez" ala biləcəyi qədər, biz "İsgəndər" ala bilək.
Birinci versiya: biz qarşılıqlı olaraq o qədər məhvedici raketlərə sahib ola bilərik ki, heç bu qədər raketlə SSRİ və ABŞ bir-birinə atəş etməzlər. Lakin. Azərbaycan generalının hikmətini dəqiq hesablamaq çətin olduğu üçün, bu biraz xəyalpərəst yanaşmadır. Belə ki, onlar hətta kəmiyyət kostyumlarından da faydalanacaqlar.
İkinci versiya: biz kompleks həll yolları, eyni zamanda REM və HHM vasitələrini komplektləşdirə biləcək bu cür məhvetmə vasitələri tapmalıyıq. Bunlar faktiki olaraq məcburi addımlardır, ancaq son həll yolu əks etdirmir. Bütün bunlar bir yerdə köməkçi və ya yarım köməkçi vasitələrdir.
Üçüncü və ya əsas versiya: biz qırıcı aviasiya əldə etməklə, bizim istehsal etdiyimiz yeni nəsil döyüş PUA-larını da əlavə edərək, həm hava üstünlüyümüz, həmdə HHM və REM məsələlərini eyni vaxtda həll etmiş oluruq.
Bu cür aviasiya rəqibə istənilən dərinlikdə zərbə endirə bilər. Eyni vaxtda havada rəqibin istənilən uçan qurğusunu vura bilər. Ancaq bu çox bahalı versiya olsa da, son versiyadır.
Burada əsas olan məsələlərdən biridə ilk zərbənin həlledici rol oynamasıdır. Kim öz ilk uzaqvuran vasitələrindən atəş açarsa o da qalib gələ bilər. Əgər diqqət çəkmədən "İsgəndər"ləri daimi yerləşmə məntəqəsindən döyüş mövqeyinə çıxarıb, kütləvi atəş açmaq çətindirsə, qırıcıların öz DYM-sindən keçirilən daimi təlim uçuşlarından biri zamanı onlara uzaqvuran raket zərbəsi endirmək çətin deyil. Dislokasiya yerini də dəyişmək də bir o qədər asandır.
Bütün bunlar barədə bir neçə il əvvəl həmin Artsrun Hovhanisyanın yazdığı bir kitabda oxumuşdum. Hovhanisyan dünyada bənzəri olan bir çox nümunələr gətirərək, silah yarışmasını öz kitabında ətraflı təsvir edib.
Bir zamanlar bizim fədailərdən ibarət ordumuzun sovet ordusu quruluşu sisteminə çatdırılmasına ehtiyac vardı. İndi bu nəticəyə nail olunub, artıq belə ordu bizə yetərli deyil. İndi daha yeni orduya sahib olmağın vaxtı çatıb ".