“Serj Sarkisyan izahat verməlidir“ Siyasət

“Serj Sarkisyan izahat verməlidir“

"İndiyədək bu qədər qüvvə səfərbərliyi olmayıb. Qarabağda müəyyən dairələr bundan narahatdırlar".
Bunu Ermənistanda Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan bildirib.
O iddia edir ki, ordumuzun bölmələri xüsusilə İcevan və Kəlbəcər istiqamətində cəmləşdirilir.
"Xüsusilə İcevan və Kəlbəcər istiqamətində çox sayda hərbi texnika və canlı qüvvə cəmləşməsi barədə məlumatlar var. İndiyədək bu qədər qüvvə səfərbərliyi olmayıb. Qarabağda müəyyən dairələr bundan narahatdırlar", - deyə ekspert narahatlığını bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın ilk dəfə təhlükəsizlik şurasının iclasını keçirməsini təsadüf hesab etmədiyini qeyd edib: "Bu qurumun Sarkisyan dövründə pas atmış maşına bənzəyirdi. Bu institutu işə salmaq lazımdır. Məlumdur ki, korrupsiyaya qarşı mübarizə bu templə davam edərsə, gec ya tez Serj Sarksiyanı MTX-yə izahat verməyə çağıracaqlar. Şahid qismində olsa da dindiriləcək. O, aprel döyüşlərində güllə çatışmazlığına və digər çatışmazlığa görə cavab verməli olacaq.
Necə olub ki, aprel döyüşlərindəki bu qədər nöqsanlara görə heç kim məsuliyyətə cəlb edilmədi. Bəziləri vəzifədən çıxarılsa da, sonradan yüksək vəzifəyə təyinat aldı. İndi artıq Serj Sarkisyanın MTX-yə çağırılaraq izahat verməsinin vaxtı gəlib çatıb".
Ekspert bildirir ki, keçmiş hakimiyyət mənsubları arasında aprel döyüşlərində xəyanət edənlərin olduğuna əmindir.
"Sarkisyan dövründə, Putindən də aşağı olan səviyyədə adamlar zəng edərək deyirdi ki, otur yerində yoxsa barəndə nə varsa hamısını ifşa edərik", - deyə o vurğulayıb.