DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb Siyasət

DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-dən verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov¬nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf¬daş¬lıq münasibət¬lərinin qurulmasında Ümummilli Lider Heydər Əli¬yevin əvəzsiz xid¬mət¬lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si¬ya¬sət sayəsində qarşı¬lıqlı əlaqə¬lərin ən yüksək səviyyədə olma¬sını vurğulayıb.
Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy¬yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə¬nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra¬siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd¬bir¬lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba¬za¬nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai¬liyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən¬dirilməsi, təc¬rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş¬kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do¬ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla¬hiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DSX-dən Trend-ə verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov¬nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf¬daş¬lıq münasibət¬lərinin qurulmasında Ümummilli Lider Heydər Əli¬yevin əvəzsiz xid¬mət¬lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si¬ya¬sət sayəsində qarşı¬lıqlı əlaqə¬lərin ən yüksək səviyyədə olma¬sını vurğulayıb.
Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy¬yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə¬nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra¬siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd¬bir¬lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba¬za¬nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai¬liyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən¬dirilməsi, təc¬rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş¬kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do¬ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla¬hiyyətli səfiri Erkan Özoral da iştirak edib.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.