Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
23 May 2019 11:32
1 295.jpg)
Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır ki, bu, dünya üzrə 1 milyon qadın deməkdir.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində qadınlar zorakılığa məruz qalır:
“Biz qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışırıq. İnsanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə, daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu, təbii olaraq iqtisadi durumu zərbə altında qoyur. Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşkil etməkdir”.
Q.İshaqzai ölkələrin zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib:
“Təqdirəlayiqdir ki, Azərbaycan 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunu qəbul edib. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam. Ədalətin təmin edilməsi, zərərçəkmiş şəxslərin qorunması və onlara dəstəyin təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilib. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur. 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar. 2016-cı ildə “Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir".
15 Sentyabr 22:46
630
15 Sentyabr 19:06
798
15 Sentyabr 18:54
1 141