Fransa məhkməsindən Dağlıq Qarabağla bağlı ədalətli presedent Siyasət

Fransa məhkməsindən Dağlıq Qarabağla bağlı ədalətli presedent

Separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında “Dostluq haqqında xartiya”nı ləğv edilib

Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib.

Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb.

İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.

Qeyd edək ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Bəzi eksperlər hesab edir ki, Fransa Femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.