“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
12 İyun 2019 12:21
1 897
“Azərbaycan müstəqil xarici siyasətə malikdir. Biz xarici siyasətimizi Azərbaycanın milli maraqları üzərində qurmuşuq”.
Bu sözləri Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council”də çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan yerləşdiyi çətin coğrafiyada qonşularını anlamağa çalışır və onların da Azərbaycan reallıqlarını anlamasını istəyir: “Tarixən Azərbaycan böyük güclərin döyüş meydanı olub. Müstəqilliyi qurmaq çətin prosesdir, lakin bunu qorumaq və uğurla aparmaq başqa bir çağırışdır. Azərbaycan bu paradiqmanı dəyişdi və biz Azərbaycanı böyük güclərin döyüş meydanından bazar əməliyyatları mərkəzinə çevirdik. Azərbaycan qonşuları ilə effektiv əməkdaşlığa malikdir. Azərbaycanın qonşuları ilə münasibətlərdə rəhbər tutduğu əsas prinsiplər bir-birinin daxili işinə qarışmamaq, qarşılıqlı hörmət və qarşılıqlı fayda verən əməkdaşlıq qurmaq və strateji dialoqdur. Kiçik bir ölkə olaraq xarici siyasətdə belə bir balans qurmaq o qədər də asan deyil. Lakin Azərbaycanın çoxvektorlu xarici siyasətində ən yaxın qonşuları ilə əməkdaşlıq prioritetdir. Həmçinin Azərbaycan bu kontekstdə ABŞ-la yaxşı münasibətlər qurub. Biz etibarlı tərəfdaşıq. Bunu müstəqil, şəffaf və uzaqgörən xarici siyasətlə edirik. Biz heç kəsə yük deyilik. Qarşılıqlı fayda verən əməkdaşlıqdan başqa heç kəsdən heç nə istəmirik. Bu isə həm Azərbaycan xalqının, həm də bizim tərəfdaşlarımızın maraqlarına uyğundur. Buraya Cənub Qaz dəhlizi və ya Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri daxildir. Cənub-şimal və qərb-şərqi birləşdirən nəqliyyat xətləri regional əməkdaşlıq üçün imkanlar açır. Biz inanırıq ki, ən yaxşı rifah paylaşılan rifahdır. Azərbaycan öz inkişafını qonşuları ilə paylaşır”.
16:29
2 730
10 Yanvar 21:27
1 918
10 Yanvar 17:11
1 750